Meri Kennedi evində ölü tapılıb

Con Kennedinin qardaşı oğlunun xanımının intihar etdiyi ehimal edilir

Sabiq ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedinin xanımı Meri Kennedi Nyu-Yorkdakı evində ölü tapılıb. ANS PRESS-in məlumatına görə, 52 yaşlı Meri Kennedi əri ilə rəsmi şəkildə boşanmasa da, onlar ayrı yaşayırdılar. Onun ölümünün səbəbləri bəlli olmasa da ABŞ mətbuatı xanımın öz evinin anbarında asılmış vəziyyətdə tapıldığını bildirib.
Qeyd edək ki, Meri və Robert Kennedilər 1994-cü ildə evləniblər və iki uşaqları var. 2010-cu ildə isə boşanma qərarına gəliblər. Ərlə arvad arasında dava-dalaş zamanı Meri Kennedi iki dəfə polis tərəfindən sərxoş vəziyyətdə maşını idarə etdiyinə görə saxlanıb.
O, həmçinin sərxoşluq və narkotikadan istifadəyə görə hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. İlkin ehtimallara görə Meri Kennedinin özünü öldürdüyü bildirilir. Bu gün meyidin yarılacağı gözlənilir. Polis hadisənin səbəblərini araşdırır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31