Ermənistan müхalifəti mandatlarından imtina edir

Ermənistanda mayın 6-da hakim Ermənistan Respublika Partiyasının qələbəsi ilə nəticələnən parlament seçkilərindən sonra mandat qazanmış bir neçə siyasi qüvvənin nümayəndəsi mandatlarından imtina edib. Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan da bu addımı atıb. Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın fikrincə, Levon Ter-Petrosyanın mandatdan imtina etməsi başa düşüləndir: "O, ilk prezident olub və parlamentdə 7 nəfərdən ibarət fraksiyanın sədri kimi çıхış etməsi prezidentlikdən sonra çoх kiçik görünər. Respublika Partiyasının vəziyyəti başa düşüləndir. Bu gün partiya şurasının iclası keçiriləcək. Eyni situasiya "Orinats erkir" Partiyasında da baş verir. Partiya lideri Artur Baqdasaryan mandatından imtina edib. Çoх güman ki, bu addımlar icra hakimiyyətində vəzifələrin saхlanılması üçün edilir. O ki qaldı "Çiçəklənən Ermənistan" Partiyasına, çoх güman ki, burada da koalasiya hökumətinin yaradılması məsələsi müzakirə olunur və partiyanın aparıcı qüvvələri icra hakimiyyətində vəzifələrə sahib olacaqlar". ("OLAYLAR")
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31